Modern.az

Qızdırması olduğu üçün imtahana buraxılmayanlara yenidən şans verilə bilər - RƏSMİ

Qızdırması olduğu üçün imtahana buraxılmayanlara yenidən şans verilə bilər - RƏSMİ

Aktual

12 İyun 2020, 12:54

“Dövlət İmtahan Mərkəzi tərəfindən son iki gündə keçirilən imtahanlar başa çatıb”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədr müavini Bəhram Xəlilov “Yeni” TV-nin canlı yayımında bildirib.

 

O qeyd edib ki, imtahanlarda iştirak üçün gələn və hərarəti olduğundan buraxılmayanlar üçün əlavə şans yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə müzakirələr aparılır.

 

“Hələlik heç bir qərar qəbul olunmayıb. Yekun bir şey olsa, dəqiq məlumat veriləcək. Odur ki, indidən məlumat demək mümkün deyil”, - deyə sədr müavini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!