Modern.az

Nazir iki yüksək vəzifəlini işdən çıxardı - YENİ TƏYİNAT

Nazir iki yüksək vəzifəlini işdən çıxardı - YENİ TƏYİNAT

Aktual

12 İyun 2020, 14:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinə rəhbər təyinatı olub.

 

Nazirliyin mətbuat katibi İradə İbrahimovanın Modern.az-a verdiyi məlumata görə, Əli Əliyev xidmətin rəis müavini təyin edilib və rəis vəzifəsi ona həvalə olunub.

 

Bu təyinata qədər Ə. Əliyev uzun illər Milli Geoloji Kəşfiyyat Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

 

Prezident İlham Əliyevin 23 may 2020-ci il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

 

Qeyd edək ki, ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Mürsəl Əliyev və rəis müavini Şahmirzə Səfərov dünən vəzifələrindən azad olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!