Modern.az

İlham Əliyev II Elizabetə məktub yazdı

İlham Əliyev II Elizabetə məktub yazdı

Aktual

12 İyun 2020, 15:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu yazıb.

 

Modern.az-ın xəbərinə görə, məktubda deyilir:

 

"Ülyahəzrət,

 

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Birləşmiş Krallığın dost xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xalqınıza daim rifah arzulayıram".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...