Modern.az

Əli Əsədov rusiyalı həmkarına məktub göndərdi

Əli Əsədov rusiyalı həmkarına məktub göndərdi

Aktual

12 İyun 2020, 16:29

İyunun 12-də Baş nazir Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ölkəsinin Dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

 

Baş nazir Əli Əsədov dövlət başçılarının səyləri sayəsində çoxəsrlik təməli olan Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb.

 

Məktubda, həmçinin Azərbaycan ilə Rusiya arasındakı qarşılıqlı faydalı əməkdaşlığın hər iki ölkənin xalqlarının mənafeyi naminə birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!