Modern.az

Şəkidə narkotik vasitələr becərən şəxs saxlanıldı - FOTO

Şəkidə narkotik vasitələr becərən şəxs saxlanıldı - FOTO

Aktual

19 İyun 2020, 10:22

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Həmzət Seyidov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı H. Seyidovdan narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

 

Onun yaşadığı ünvana baxış keçirilən zaman torpağa basdırılmış və kökündən çıxarılaraq kənara qoyulmuş ümumi çəkisi 2 kiloqram 400 qrama yaxın olan 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!