Goranboy rayonunda taxıl biçini davam etdirilir, yüksək məhsuldarlıq əldə olunur.
Goranboy Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, iyunun 19-nə kimi rayon üzrə 543 hektardan 1922 ton buğda biçilmiş – məhsuldarlıq 32,9 sentner, 9581 hektardan 30757 ton arpa biçilmiş - məhsuldarlıq 32,1 sentner təşkil edir.