Bakı şəhərinin 5 rayonuna yeni prokurorlar təyin olunub.
Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı şəhərinin Sabunçu, Rəşid Mahmudov Suraxanı, Elman Süleymanov Yasamal, Hidayət Nurəlibəyov Nərimanov, Həsən Hənifəyev Nəsimi rayonunun prokuroru vəzifələrinə təyin edilmişlər.