Modern.az

Şagirdlərin davamiyyəti ilə bağlı SMS-bildiriş xidməti donduruldu

Şagirdlərin davamiyyəti ilə bağlı SMS-bildiriş xidməti donduruldu

Aktual

19 İyun 2020, 11:37

Koronavirus pandemiyası səbəbindən şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti dondurulub.

 

Bu barədə Modern.az-a "Mobile Solutions & Marketing Technologies" şirkətindən (xidmətin operatoru) bildirilib.

 

Şirkətdən qeyd olunub ki, mövcud vəziyyətin tam aradan qaldırılacağı təqdirdə xidmət yeni dərs ilindən aktiv oluna bilər.

 

Qeyd edək ki, hazırda bu xidmət "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı