Modern.az

Yaponiya sahillərində naməlum sualtı qayıq müşahidə edilib

Yaponiya sahillərində naməlum sualtı qayıq müşahidə edilib

Aktual

20 İyun 2020, 17:22

Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbçiləri ölkə sahillərinin yaxınlığında naməlum sualtı qayıq müşahidə edib.

Modern.az-ın məlumatına görə, qayıq ilk dəfə iyunun 18-də Amamiosima adası yaxınlığında hərbi gəmi və patrul təyyarəsi tərəfindən müşahidə olunub.

 

İki gün sonra, iyunun 20-də həmin sualtı qayıq Yokoate adası sahillərində görünüb.

Yaponiya Müdafiə Nazirliyi sualtı qayığın hansı ölkəyə mənsub olduğu barədə məlumat verməsə də, bunun Çinə məxsus olduğu ehtimal edilir.

 

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!