Modern.az

İngiltərə futbol tarixinin ən pis məşqçiləri açıqlanıb

İngiltərə futbol tarixinin ən pis məşqçiləri açıqlanıb

Aktual

20 İyun 2020, 19:19

Böyük Britaniyanın “The Mirror” qəzeti futbol üzrə İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçilərinin reytinqini tərtib edib.

 

Modern.az-ın məlumatına görə, reytinqə niderlandlı məşqçi Frank de Bur başçılıq edib.

2017-ci ildə “Kristal Pelas” klubuna gətirilən F.de Bur beş matçdan sonra klubdan qovulub. Klub onun rəhbərliyi müddətində 1 qələbə qazanıb, 4 dəfə isə məğlub olub.

 

İkinci yerdə fransalı mütəxəssis Jak Santini yer alıb. 2004-cü ildə “Tottenhem”ə təyin olunan J.Santini 13 oyundan sonra istefa verib.

Premyer-liqada işləyən ilk amerikalı məşqçi olan Bob Bredli isə “Suonsi”nin sükanı arxasında 85 gün qala bilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!