Modern.az

Əfqanıstanda yaraqlılar 53 nəfəri girov götürdü

Əfqanıstanda yaraqlılar 53 nəfəri girov götürdü

Aktual

21 İyun 2020, 09:00

Əfqanıstanın Daykundi əyalətində yaraqlılar qadınlar və uşaqlar da daxil olmaqla 53 nəfəri girov götürüblər. 

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.

 

Əyalət qubernatoru Zia Hamdardın kanala verdiyi açıqlamasında bildirib ki, yaraqlılar yerli ağsaqqalların vasitəçiliyi ilə artıq 9 nəfər girovu sərbəst buraxıblar. Digərlərinin sərbəst buraxılması üçün danışıqlar davam edir.

 

Girovların radikal “Taliban” hərəkatının silahlıları tərəfindən tutulduğu iddia edilir. Eyni zamanda, “Taliban”nın bu iddianı rədd etdiyi vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...