Modern.az

"Brent"in qiyməti 43 dolları ötdü

Aktual

23 İyun 2020, 00:43

"Brent" markalı neftin bir barrelinin qiyməti 43 dolları ötüb.

Modern.az xəbər verir ki, saat 22:15 üçün "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 2,2 faiz artaraq 43,1 dollar/barel təşkil edib.

Bildirilir ki, son dəfə "Brent" markalı beftin qiyməti iyunun 8-i 43 dollardan artıq olub.

Eyni zamanda "WTI" markalı neftin qiyməti də 2,3 faiz artaraq 40,75 dollar/barel təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək