Bakı-Qazax magistralında yük maşınları toqquşub, yolda hərəkət müvəqqəti məhdudlaşdırılıb.
Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 110-cu kilometrliyində Hacıqabul şəhərinin ərazisindən keçən körpünün üstündə baş verib.
Beynəlxalq yükdaşıma həyata keçirən Türkiyə vətəndaşının idarə etdiyi “Mercedes” markalı TIR yük avtomobili arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
APA-nın məlumatına görə, hadisə nəticəsində hər iki yük avtomobili sıradan çıxmaqla yanaşı, yol infrastrukturuna ciddi ziyan dəyib. Qəza baş verən andan magistralın Qazax istiqamətində olan hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra yolda hərəkət bərpa olunub.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.