Modern.az

Diaspor Komitəsi Özbəkistanda qalan vətəndaşlarımıza yardım etdi

Diaspor Komitəsi Özbəkistanda qalan vətəndaşlarımıza yardım etdi

Aktual

23 İyun 2020, 09:11

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Özbəkistanda qalan vətəndaşlarımıza növbəti dəfə yardım edib.

 

Modern.az  xəbər verir ki, Komitənin Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə göndərdiyi 4 min 900 dollar dəyərində vəsait paytaxtın iki mehmanxanasında yaşayan 40 soydaşımıza 20 günlük mehmanxana pulu və ərzaq yardımı kimi verilib.

 

Mərkəzin sədri Firdovsi Hüseynov bildirib ki, bundan əvvəl də Dövlət Komitəsi Özbəkistanda qalan soydaşlarımıza yardım edib. Belə ki, birinci dəfə 50 nəfərə ümumilikdə 1000, ikinci dəfə 90 soydaşımıza 7 min 200 dollar (hər adama 80 dollar) dəyərində pul verilib.

 

Mehmanxanada yaşayan soydaşlarımızdan biri Umud Təhməzov yardım üçün Azərbaycan dövlətinə və Komitəyə minnətdarlıq edib. O deyib ki, bu ölkədə qalan soydaşlarımız Azərbaycanla Özbəkistan arasında uçuşların bərpa edilməsini və tezliklə vətənə qayıtmalarını arzulayırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək