Modern.az

Bir yeriniz ağrıyanda... - Loğman MƏSLƏHƏTİ

Bir yeriniz ağrıyanda... - Loğman MƏSLƏHƏTİ

Aktual

23 İyun 2020, 11:30

Ağrı - maşının qırmızı lampasına oxşayan bir siqnaldır. Ağıllı sürücü vurub onu sındırmır, səbəbi axtarır, tapıb aradan qaldırır. Biz isə bədənimizdə "qırmızı işıq yananda", yəni ağrı baş verəndə - dərhal dərmanın köməyi ilə ağrını duyan orqanı keyləşdirib, onun duymaq qabliyyətini əlindən alırıq - "qırmızı lampanı" sındırırıq. Ağrı "kəsilir", səbəb isə qalır.

Bu hal yenidən təkrarlanır. Biz yenidən onu dərmanla "kəsirik". Ağrı xroniki hal alır. Rəsmi tibb elmi min bir cürə "ağrıkəsici" ixtira edir və insanları daha güclü formada zəhərləyir.

Ağrı əsasən, 2 səbəbdən törəyir: soyuqdəymədən (“skvaznyak”da, kondinsioner işləyən otaqda oturarkən) və qeyri-normal qidalanma sayəsində. Hər ikisinin bir gözəl dərmanı var.

Bir yeriniz ağrıyan kimi dərhal 1 litr çiy suya 2 ədəd limon sıxın və 1 xörək qaşığı təmiz bal qatın. Bu məhlulu tələsmədən, kiçik qurtumlarla için. O gün yağlı yeməklərdən və ət xörəklərindən imtina edin, turş meyvələrə, tərəvəz salatına və düyü şorbasına (sup) üstünlük verin. Evdə bulaq suyu, limon və bal olmasa, 1 litr qaynamış suyu ilıq şəkildə və qurtum-qurtum axıracan için. Qidalanmaq qaydası eynidir.

Yadınıza salıram: insan özünə ya həkimdir, ya qənim. Çalışın özünüzə həkim olun. Bu, həm rahatdır, həm də ucuz başa gəlir.


Ərşad Əzimzadə,
"Ana Təbiət" NGM-nin rəhbəri,
yazıçı-jurnalist

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək