Rusiyada daha 7425 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 153 nəfər virusun qurbanı olub.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 599 705-ə, ölənlərin sayı isə 8359-a yüksəlib.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü ölkədir.
T.İSMAYIL