Modern.az

Gürcüstanda bir gündə 3 nəfər koronavirusa yoluxdu

Gürcüstanda bir gündə 3 nəfər koronavirusa yoluxdu

Aktual

23 İyun 2020, 12:20

Ötən sutka Gürcüstanda 3 nəfərdə yeni növ koronavirus (COVID-19) aşkarlanıb. 

 

Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 911-ə yüksəlib.

 

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 14, sağalanların sayı isə 761 nəfərdir. Hazırda 136 nəfərin müaslicəsi davam edir.

 

Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz ölkələri arasında pandemiyanın ən az təsir etdiyi ölkədir. Müqayisə üçün Ermənistanda 21 006 yoluxma, 372 ölüm, Azərbaycanda isə 13 207 yoluxma, 161 ölüm hadisəsi qeydə alınıb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək