Modern.az

Gömrük idarələri Silahlı Qüvvələr Günündə də işləyəcək

Gömrük idarələri Silahlı Qüvvələr Günündə də işləyəcək

Aktual

23 İyun 2020, 13:43

Gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, xarici ticarət iştirakçılarının əlavə vaxt itkisinə məruz qalmaması məqsədilə qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar  qeyri-iş günündə Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək.

 

Bu barədə Modern.az-a DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir.

 

Bildirilir ki,, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?