Modern.az

Şabranda qanunsuz ov tüfəngi aşkarlandı - FOTO

Şabranda qanunsuz ov tüfəngi aşkarlandı - FOTO

Aktual

23 İyun 2020, 17:48

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə,  şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nadir Hacıyevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkar edilərək götürüblər.

 

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək