Modern.az

Putin rusiyalıları koronavirusdan ehtiyatlı olmağa çağırdı

Putin rusiyalıları koronavirusdan ehtiyatlı olmağa çağırdı

Aktual

23 İyun 2020, 18:32

“Rusiyada yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə tədbirləri çərçivəsində on minlərlə insanın həyatı xilas edilib”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciətində deyib. 

 

COVID-19 pandemiyası başlayan dövrdən ölkədə görülən tədbirlərin nəticələrindən danışan Rusiya lideri ölkə əhalisinə təşəkkür edib:

 

“Rusiyada qeyri-iş günləri vaxtında və əsaslı şəkildə elan olunmuşdu. Bu, insanların həyatını xilas edib. Rusiyalılara pandemiyanın ən təhlükəli dövrünü layiqli keçirdiklərinə görə təşəkkürümü bildirirəm”. 

 

V. Putin ölkədə koronavirus təhlükəsinin hələ tam sovuşmadığını da vurğulayıb:

 

“Nə qədər ki, koronavirusa qarşı həqiqi peyvəndin istehsalına başlanılmayıb, rusiyalıları diqqətli və ehtiyatlı olmağa çağırıram” (apa).

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək