İranın paytaxtı Tehranda qaz balonu doldurma məntəqəsində partlayış baş verib.
Modern.az xəbər verir ki, partlayış Tehranın Xorasan meydanı yaxınlığında qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə şahidləri bir neçə partlayış səsi eşidib. Hadisədən sonra güclü yanğın baş verib. Hadisə nəticəsində 2 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.