Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 5 mini ötdü

Türkiyədə koronavirusdan ölənlərin sayı 5 mini ötdü

Aktual

23 İyun 2020, 21:09

Türkiyədə son sutka ərzində daha  27  nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 001 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 42 982 nəfərdən 1 268-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  190 165 nəfərə çatıb. Müalicə olunan 1 315 xəstə isə bu gün evə buraxılıb. İndiyədək  162 848  nəfər koronavirusdan müalicə olunub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...