Modern.az

Rusiyada sürətli qəbir qazma müsabiqəsi keçiriləcək

Rusiyada sürətli qəbir qazma müsabiqəsi keçiriləcək

Aktual

23 İyun 2020, 22:13

Rusiyanın Omsk şəhərində sürətli qəbir qazma üzrə müsabiqə keçiriləcək.

Modern.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Nekropol” mərasim sərgiləri təşkilatı bildirib.

Müsabiqə mərasim agentlikləri forumu çərçivəsində baş tutacaq. Əvvəlcə müsabiqənin Vladivostok şəhərində keçirilməsi planlaşdırılsa da, təşkilati məsələlərlə əlaqədar onun yeri başqa şəhərə keçirilib.

Müsabiqənin qaydalarında qazılacaq qəbrin ölçüsü və dərinliyi qeyd olunacaq.

Tədbirin keçirilməsi avqust ayına planlaşdırılsa da, hələlik yekun tarix açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır