Modern.az

Reanimasiyadakı 168 xəstədən 32-si süni tənəffüs cihazına qoşuldu - FOTO

Reanimasiyadakı 168 xəstədən 32-si süni tənəffüs cihazına qoşuldu - FOTO

Aktual

23 İyun 2020, 22:26

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 464 nəfər test edilib.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 432 858 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 508 yeni yoluxma, 6 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 13 715  nəfər virusa yoluxub, 167 nəfər  ölüb, 7 503  nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 6 045  nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 168 nəfər müalicə alır, 32 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək