Göygöl rayonunda yol qəzasına düşən ailə üzvlərinin kimliyi məlum olub.
Modern.az xəbər verir ki, hadisə zamanı sürücünün həyat yoldaşı, 1991-ci il təvəllüdlü Namazova Dürdanə Rəfi qızı həlak olub.
Qəza zamanı habelə Namazova Gülnaz Məsim qızı, 1988-ci il təvəllüdlü Novruzov Elməddin Razim oğlu, onun qaynanası, habelə 1987-ci i il təvəllüdlü Gəncə şəhər sakini Namazova Turanə Fazil qızı xəsarət alıblar.
Onlar Goranboy rayonunun Ağamalıoğlu kənd sakinləridir.
Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. "QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (Report)