Modern.az

“Referans” klinikası koronavirus testinin dayandırılması xəbərinə AYDINLIQ GƏTİRDİ

“Referans” klinikası koronavirus testinin dayandırılması xəbərinə AYDINLIQ GƏTİRDİ

Aktual

24 İyun 2020, 13:13

Referans Klinik Labaratoriya Mərkəzində koronavirus testinin götürülməsinin dayandırıldığı barədə məlumat yayılıb. 

Qeyd olunur ki, klinikanın Labaratoriya Mərkəzi koronavirusla bağlı test qəbul etmir.

Referans Klinik Laboratoriyanın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rübabə Sahib Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.


O bildirib ki, Referans Klinik Laboratoriya mərkəzində COVID-19 testlərinin götürülməsi dayandırılmayıb, sadəcə məhdudlaşdırılıb.


“Referans Klinik Laboratoriya Mərkəzi olaraq ölkəmizdə qlobal pandemiya elan edilən ilk gündən etibarən Operativ Qərargahın nəzarəti altında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən COVID-19 testinin aparılması üzrə gücləndirilmiş iş rejimində çalışırıq. COVID-19 testinin aparılması üçün akkreditə olunmuş laboratoriya mərkəzi olaraq  gün ərzində TƏBİB tərəfindən 1000-ə yaxın nümunə qəbul edirik. Eyni zamanda həm dövlət müəssisələri tərəfindən göndərilən test nümunələrinin yoxlanılması, həm korporativ şirkətlər tərəfindən müraciətlər əsasında filiallar daxilində və yerlərdə nümunələrin alınması, həm də AZAL tərəfindən göndərilən vətəndaşlardan uçuşdan öncə nəticəyə uyğun tibbi arayışların verilməsi məqsədilə götürülən biomaterialın yoxlanılması və nəticələrin TƏBİB-ə düzgün və zamanında ötürülməsinə dəstək göstəririk.


Məlumat üçün bildiririk ki, hazırda vətəndaşların kütləvi müraciətlərinin kəskin artması ilə əlaqədar olaraq sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə vətəndaşlardan COVİD-19 testinin götürülməsi müvəqqəti məhdudlaşdırılıb. Ancaq təcili və təxirəsalınmaz bir vəziyyət olarsa,  yerində laborator müayinə xidməti göstərilir.


Qeyd edək ki, TƏBİB –in protokollarına uyğun olaraq Mərkəzimizdə aparılan bütün test nəticələri vətəndaşa təqdim olunmadan öncə birbaşa TƏBİB-in pasiyent məlumatları bazasına yönləndirilir. Əgər nəticə pozitivdirsə, TƏBİB tərəfindən həmin vətəndaşla bağlı müvafiq prosedurlar həyata keçirilir. Belə ki, onun yaxın 7-14 gün ərzində təmasda olduğu şəxslər müəyyənləşdirilir,  pasiyent  müalicə üçün xüsusi ayrılmış tibb müəssisəsinə yönləndirilir və s. lazımi işlər görülür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək