Modern.az

Naftalanda koronavirusa qarşı dezinfeksiyaedici tədbirlər davam edir - FOTO

Naftalanda koronavirusa qarşı dezinfeksiyaedici tədbirlər davam edir - FOTO

Aktual

24 İyun 2020, 11:25

 

Kurort şəhəri Naftalanda tətbiq olunmuş karantin rejiminin yumşaldılmasından sonra da əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması və  bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə zəruri tədbirlər görülməkdədir.

 

Modern.az xəbər verir ki, şəhərin küçə və yolları texnikalar vasitəsilə dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.  Həmçinin Çoxmənzilli yaşayış binalarının ümumi istifadə yerləri, söhbətgahlar, parklarda, ticarət və xidmət obyektlərində dezinfeksiya işləri aparılıb.

 

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq şəhərdə  sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək