Modern.az

Beyləqanda avtomobil su kanalına düşdü - 1 ölü

Beyləqanda avtomobil su kanalına düşdü - 1 ölü

Aktual

24 İyun 2020, 12:54

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi meyiti aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri