Braziliyada ötən sutka rekord sayda koronavirusa (COVID-19) yoluxma qeydə alınıb.
Modern.az xəbər verir ki, ölkədə 40 131 nəfərdə infeksiya aşkarlanıb, 1364 nəfər pandemiyanın qurbanı olub.
Bununla da Braziliyada koronavirusa yoluxanların ümumi sayı 1 151 479-a, ölənlərin sayı isə 52 771-ə yüksəlib.
Qeyd edək ki, Braziliya COVID-19-a yoluxma və ölənlərin sayına görə ABŞ-dan sonra ikinci ölkədir.
T.İSMAYIL