Modern.az

Gəncədə İdman Sarayının tikintisi üçün əlavə vəsait ayrıldı

Gəncədə İdman Sarayının tikintisi üçün əlavə vəsait ayrıldı

Aktual

24 İyun 2020, 16:59

Prezident İlham Əliyev iyunun 24-də “Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

Həmçinin dövlətimizin başçısının iyunun 24-də imzaladığı “Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.3-cü yarımbəndində göstərilmiş məbləğin 3,8 milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək