Modern.az

Daha bir şəhərdə virusa yoluxanların sayı artıb

Daha bir şəhərdə virusa yoluxanların sayı artıb

Aktual

24 İyun 2020, 19:21

Yaponiyanın paytaxtı Tokioda sutka ərzində koronavirusa yoluxma üzrə son bir ayın ən yüksək göstəricisi qeydə alınıb. Modern.az-ın məlumatına görə, son sutkada paytaxtda 55 yoluxma qeydə alınıb. Bu, mayın 5-dən sonra ən yüksək göstəricidir.

Şəhər rəhbərliyinin sözlərinə görə, yoluxanların əksəriyyəti əyləncə və ictimai iaşə müəssisələrinin müştəriləri olub.

 

Qeyd edək ki, bu günədək Yaponiyada koronavirusa yoluxanların sayı 19 minə çatıb, 980 nəfər həyatını itirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?