Türkiyədə son sutka ərzində daha 24 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 025 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 53 486 nəfərdən 1 492-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 191 657 nəfərə çatıb. Müalicə olunan 1 386 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 164 234 nəfər koronavirusdan müalicə olunub".