Modern.az

Britaniyada koronavirus qurbanlarının sayı 43 mini ötdü

Britaniyada koronavirus qurbanlarının sayı 43 mini ötdü

Aktual

25 İyun 2020, 00:54

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı artıb.



Modern.az xəbər verir ki, son sutkada krallıq ərazisində koronavirus qurbanlarının sayı 154 nəfər artıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 43 081 nəfərə çatıb.


Məlumata görə, son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 653-dür. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 306 862-yə çatıb.

Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 171 nəfər təşkil edib, 874 nəfər COVID-19-a yoluxub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri