Modern.az

Fond bağlanan banklarla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək

Fond bağlanan banklarla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək

Aktual

25 İyun 2020, 14:25

Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanan son dörd bankda aşkar olunan hüquqi pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu ADIF-in icraçı direktoru Tural Piriyev deyib.

 

Onun sözlərinə görə, bəzi bankların kredit verilməsi və bank qaydalarına riayət edilməməsi ilə bağlı nöqsanlar aşkar olunub: “Məlum olduğu kimi, ləğv edici funksiyası olduğuna görə Fond təkcə kompensasiyalar vermir, həmçinin kredit yığımı ilə də məşğuldur. Belə hallar aşkar olunduqda hüquq mühafizə orqanlarına müraciət olunur”.

 

O həmçinin əlavə edib ki, bağlanan son dörd bankda depozit qəbulunda yol verilən nöqsanlarla bağlı hüquq mühafizə orqanlarına mütləq şəkildə müraciət olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək