Modern.az

Baş Prokurorluğun kollektivi Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi

Baş Prokurorluğun kollektivi Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi

Aktual

25 İyun 2020, 17:15

Baş Prokurorluğun kollektivi Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.

 

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Silahlı Qüvvələr Günü münasibətlə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından xalqımızı, o cümlədən vətən naminə müqəddəs və şərəfli xidmət göstərən Silahlı Qüvvələrin şəxsi heyətini səmimi-qəlbdən təbrik edirik."

Əlamətdar gün münasibətilə Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən hazırlanmış videoçarx təqdim olunur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək