Modern.az

Bakıda gənc qızın kirayə qaldığı ev qarət edildi

Bakıda gənc qızın kirayə qaldığı ev qarət edildi

Aktual

26 İyun 2020, 10:15

Bakıda mənzildən oğurluq edən şəxs yaxalanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov küçəsində yerləşən mənzillərin birində baş verib. Kirayəşin 1996-cı il təvəllüdlü Aydan Məmmədovanın yaşadığı mənzildən açar seçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və 2 ədəd ümumi dəyəri 600 manat mobil telefonları oğurlanıb.

 

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1989-cu il Əliheydər Alıyev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək