Modern.az

Deputat müraciətləri icraata götürdü

Deputat müraciətləri icraata götürdü

Aktual

26 İyun 2020, 13:03

Millət vəkili Novruz Aslanov sərt karantin rejimi dövründə hər həftənin cümə axşamları (IV-günlər) öz seçiciləri ilə onlayn və telefon vasitəsilə qəbullar keçirir. Belə ki, İsmayıllı rayon sakinlərinə elan olunmuş telefon nömrəsi ilə rayon sakinləri birbaşa deputatla əlaqə saxlaya bilirlər.

İyunun 25-də Milli Məclisin növbədənkənar iclasından sonra saat 14.00 başlayaraq Novruz Aslanov seçicilərinin telefon zənglərinə cavab verib  və müraciətləri dinləyib. Əsas müraciətlər işlə təminat, müalicə və şəxsi məişət problemləri ilə bağlı olub.

Telefon zəngləri və müraciətlər qeydə alınaraq icraata götürülüb. Müraciətlərə müvafiq qaydada baxıldıqdan sonra lazımi addımlar atılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!