Ukraynada son günlər koronavirusa (COVID-19) yoluxma halı artmağa başlayıb.
Modern.az xəbər verir ki, ötən sutka ölkədə daha 1109 nəfərdə infeksiya aşkarlanıb, 19 nəfər virusun qurbanı olub.
Bununla da Ukraynada koronavirusa yoluxanların ümumi sayı 41 117-yə, ölənlərin sayı isə 1086-ya yüksəlib. Yoluxanlardan 18 299-u sağalıb, 21 732 xəstənin müalicəsi davam edir.
Qeyd edək ki, Ukrayna dünyada koronavirusun ən çox yayıldığı 34-cü ölkədir.
T.İSMAYIL