Modern.az

Ermənilər Ağdamda hərbi təlim keçir

Ermənilər Ağdamda hərbi təlim keçir

Aktual

26 İyun 2020, 14:30

Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıb. 

 

Modern.az xəbər verir ki, ermənilər bu dəfə də Ağdamın Uzundərə adlanan ərazisində cəmləşib. İşğalçı ordunun hərbçiləri təlimlərə bu gün saat 11:00 radələrində başlayıb. Uzundərədə quraşdırılan ağır artilleriya qurğularından çıxan mərmilər Şahbulaq yüksəkliyinin ətrafındakı dağ massivinə düşür.

 

Mərmilər hədəfə dəyərkən çıxan partlayış səsləri cəbhəyanı yaşayış məntəqələrindən eşidilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır