Modern.az

Koronavirusa yoluxmamaq üçün ən sadə üsul açıqlandı

Koronavirusa yoluxmamaq üçün ən sadə üsul açıqlandı

Aktual

26 İyun 2020, 17:23

Boğazı qarqara etmək koronavirusun profilaktikasına və müalicəsinə kömək edə bilər.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, tayvanlı alimlər belə bir iddia ilə çıxış ediblər.

 

Boğazı yaxalamaq üçün krandan gələn adi sudan, həmçinin, fizioloji məhlul və ya süfrə duzları olan qatqıdan istifadə etmək tövsiyə olunur.

 

Alimlər xəstəliyin ilk günlərində virusun məhz boğazda daha çox aktiv olduğunu, ən yüksək konsentrasiyanın burada toplandığını vurğulayırlar.

 

Tayvanlı elm adamlarına görə, boğazı yaxalamaq xəstəliyin erkən mərhələdə qarşısını ala bilər.

 

Mütəxəssislər qarqara etməyin maska və əlcək taxmaq qədər təsirli və zəruri olduğunu vurğulayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək