Modern.az

Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitin məbləği 114 milyon manatı ÖTDÜ

Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitin məbləği 114 milyon manatı ÖTDÜ

Aktual

26 İyun 2020, 18:43

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği 114 milyon manatı ötüb.

 

Modern.az-ın məlumatına görə, bu günə kimi fonda 114 072 570 manat vəsait köçürülüb.

 

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

 

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək