Modern.az

Tovuzda ağır qəza: Ölən və xəsarət alan var

Tovuzda ağır qəza: Ölən və xəsarət alan var

Aktual

26 İyun 2020, 18:54

Tovuzda "VAZ-21011" markalı avtomobillə "KaMAZ" markalı yük maşını toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə Məşədilər kəndində qeydə alınıb. 

 

Qəza nəticəsində 1 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

 

Ölən şəxsin yaralının atası olduğu bildirilir. Onların ad və soyadları dəqiqləşdirilir.

 

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.(Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək