Modern.az

Kürdə batan şəxsin meyiti tapıldı

Kürdə batan şəxsin meyiti tapıldı

Aktual

26 İyun 2020, 19:49

Kür çayının Sabirabad rayonu, Ulacalı kəndi ərazisindən keçən hissəsində 1957-ci il təvəllüdlü Soltanov Teymur Əhmədrza oğlunun axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, T.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır