Türkiyədə son sutka ərzində daha 19 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 065 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 396-nın cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 194 511 nəfərə çatıb. Müalicə olunan 1 492 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 167 198 nəfər koronavirusdan müalicə olunub".