Bakıda yaşayış binasında yanğın hadisəsi olub.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.