Modern.az

Bu ölkədə 500 min insan koronavirusa yoluxdu

Bu ölkədə 500 min insan koronavirusa yoluxdu

Aktual

27 İyun 2020, 00:47

Hindistanda gün ərzində COVID-19 infeksiyasına 18 min 276 yoluxma halı və 381 ölüm faktı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 509 min 446 nəfərə, virus səbəbindən ölənlərin sayı isə 15 min 689-a çatıb. Artıq 7 gündür ki, Hindistanda gündəlik yoluxma sayı 14 minən çoxdur. Hindistanın aviasiya qurumu beynəlxalq sərnişin təyyarələrinin uçuşlarına olan qadağanı iyulun 15-dək uzadıb. Charxand və Qərbi Benqal ştatları vəziyyətin ciddiliyini nəzərə alaraq, xüsusi karantin rejiminin iyulun 31-dək uzadılmasına qərar verib. Assam ştatında isə 14 gün ərzində axşamdan səhərədək 12 saatlıq komendant saatı tətbiq olunacaq. Paytaxt Dehlidə məktəblər də iyulun 31-dək bağlı qalacaq.



Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ, Braziliya və Rusiyanın ardından 4-cü sıradadır. COVID-19 pandemiyası ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi iyunun 30-dək uzadılıb. Amma ştatlara yerli vəziyyətə uyğun olaraq xüsusi karantin rejimini daha da uzatmaq səlahiyyəti verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək