Modern.az

Sumqayıtda səkkiz tibb işçisi koronavirusa YOLUXDU

Sumqayıtda səkkiz tibb işçisi koronavirusa YOLUXDU

Aktual

27 İyun 2020, 12:50

“Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının səkkiz tibb işçisində koronavirusa görə edilən testlər müsbət çıxılıb”.

 

Modern.az xəbər verir ki, bunu xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.

 

O qeyd edib ki, koronavirusa yoluxan əməkdaşlardan evdə və xəstəxanada müalicə alanlar var:

 

“Xəstəxananın reanimasiya şöbəsinin müdiri Sərvan Hacıyev Bakıda xəstəxanada müalicə alır. Hərdən xəbər yayırlar ki, süni tənəffüs aparatına qoşulub, amma bu, düzgün məlumat deyil. Vəziyyəti stabildir”.

 

Həkim qeyd edib ki, Sumqayıtda 500 şəxsin koronavirusa yoluxması ilə bağlı məlumat yoxdur:

 

“Sayı deyə bilmərəm, amma xəstəlik var. Bütün dünyada belədir. Təcili yardım xəstəxanasına müraciət edən xəstələr arasında şübhəlilər olduqda test edilir”.(Oxu.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək