Modern.az

Rəşad Sadıqovun qohumları koronavirusa YOLUXDU

Rəşad Sadıqovun qohumları koronavirusa YOLUXDU

Aktual

27 İyun 2020, 13:48

"Mənim qohumlarımdan və dostlarımdan da virusa yoluxan olub".

 

Modern.az xəbər verir ki, bu fikirləri “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

 

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi virusa inanmayan şəxsləri məsuliyyətsiz adlandırıb: "Kimsə inanmırsa, məsləhətim odur ki, sussun danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. Onların yanına getməkdən ehtiyat edirəm. Onları qoruyuram. Daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqe tutmuşam". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?