Modern.az

BMU “CGMA Emerging Leaders Competition 2020” yarışmasında təmsil olunacaq

BMU “CGMA Emerging Leaders Competition 2020” yarışmasında təmsil olunacaq

Aktual

27 İyun 2020, 14:40

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları “CGMA Emerging Leaders Competition 2020” yarışmasında iştirak edən komandalarla (tələbə və rəhbərlər) təşkil olunan onlayn görüşə qatılıb.

 

Modern.az xəbər verir ki, görüşdə Cənubi Afrikada keçirilən “CGMA Emerging Leaders Competition 2019” yarışmasında qalib olan komanda üzvləri ilə müzakirələr aparılıb. Müzakirə zamanı qaliblər təcrübələrini bölüşüblər, bu il iştirak edəcək komanda üzvlərinin suallarını cavablandırıblar və onlara yarışmada uğurlar arzulayıblar.

 

Bununla yanaşı, komandaların qurulması, təqdimatların hazırlanması və müsabiqəyə qoşulmağın faydaları haqqında ətraflı söhbət açılıb. Komanda halında işləmək bacarığı, sənaye biliklərinin əhəmiyyəti və qrup dinamikasının olmasının vacibliyi vurğulanıb.  

 

Müsabiqəyə ümumilikdə dünyanın 8 ölkəsindən 21 universitetin təmsil etdiyi 98 komanda qatılıb. BMU isə 5 komanda ilə yarışda təmsil olunacaq. Maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Füzuli Əliyevin rəhbərliyi ilə mentorlar tərəfindən komandalar yarışmaya hazırlanacaq.

 

3 mərhələdən ibarət olan müsabiqənin I mərhələsinin 11-17 sentyabr, quiz mərhələsinin 18 sentyabr, II mərhələsinin 5-9 oktyabr, final mərhələsinin isə  oktyabr və noyabr aylarında Polşanın paytaxtı Varşava şəhərində keçirilməsi nəzərdə tutulur. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək