Modern.az

İstixanasında narkotik becərən Bakı sakini tutuldu - FOTO/VİDEO

İstixanasında narkotik becərən Bakı sakini tutuldu - FOTO/VİDEO

Aktual

27 İyun 2020, 16:47

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Bayram Sadıxov saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ona məxsus Bilgəh qəsəbəsində yerləşən evin həyətindəki istixanaya baxış keçirilən zaman 1131 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkar olunub.

 

Əməliyyat tədbirlərinin davamı olaraq istixanadan əlavə quru və yaş halda ümumi çəkisi 42 kiloqram marixuana da aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri həm satmaq və həm də şəxsi istifadəsi üçün əkdiyini bildirib.

 

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

 

Bayram Sadıxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək